Akvaparkda faciə: 5 nəfər ölüb




Türkiyənin Sakarya şəhərinin Akyazı qəsəbəsindəki akvaparkda elektrik sızıntısı nəticəsində faciə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı hovuzda 3 uşaq olub.

Uşaqların çırpındığını görən 2 nəfər dərhal suya atılıb və onları xilas etməyə çalışıb. Lakin onları da cərəyan vurub. Xəstəxanaya aparılan 5 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu