SOCAR-ın qayığı qəzaya uğradı




İyunun 2
8-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirib və 34 saylı meydançanın ayağına toxunub.

“Qafqazinfo” xəbər verir ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu