Fransa millisinin sabiq futbolçusu həbs olundu


Fransa millisinin sabiq hücumçusu Cibril Sisse və daha üç futbolçu həbs edilib.

Qol.Az-ın "Yahoo Sports"a istinadən verdiyi məlumata görə, buna həmin futbolçuların "Lion"un yarımmüdafiəçisi Matye Valbuenanı intim videogörüntü ilə şantaj etmələri səbəb olub.

Versay polisi məsələ ilə bağlı araşdırmaya başlayıb. Nəzarətdə saxlanılan Sissenin vəkili bildirib ki, o günahsızdır və yaxında azadlığa buraxılmalıdır.

Qeyd edək ki, 2002-2011-ci illərdə Fransa millisinin şərəfini qoruyan Sisse keçirdiyi 41 oyunda 9 qol vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu