Messi ağır zədələndi


“Barselona”nın ulduz oyunçusu Lionel Messi ağır zədələnib.

Axar.az xəbər verir ki, dünya şöhrətli futbolçu Hondurasla yoldaşlıq matçında belindən və sinəsindən zədə alıb. Bundan sonra Messi 64-cü dəqiqədə əvəzlənib.

Oyundan sonra millinin həkimi 28 yaşlı hücumçunun belində çat və sınıq aşkarlanmadığını bildirib. O, Messinin bərpa müdəttinin daha sonra məlum olacağını söyləyib.

Xatırladaq ki, Argentina - Honduras görüşü Argentinanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu