Niyə Teymur Məmmədov seçildi?


Azərbaycan milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı boksçu Teymur Məmmədov olub. İdmançımız Riodakı olimpiya oyunlarına vəsiqəni təmin edib. Artıq o olimpiya oyunlarına yollanacaq milli komandanın bayraqdarıdır.

Lakin aldığımız məlumata görə, bayraqdar kimi bir neçə nəfər nəzərdə tutulubmuş. Bunlar içərisində dünya çempionu yunan-Roma güləşçisi Rəsul Cunayev, sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov olub.

AzNews.az xəbər verir ki, dünən əldə edilən lisenziyadan sonra bayraqdar olaraq Teymur Məmmədov seçilib. Azərbaycan Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, bunun səbəbi T.Məmmədovun bütün yarışlarda medal qazanmasıdır.

Qeyd edək ki, avqustun 5-də olimpiya oyunlarına start veriləcək. Ayın 6-da isə boks döyüşləri başlayacaq.

Güləşçilərimiz isə mübarizəyə avqustun 14-dən start verəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu