Daha iki cüdoçumuz medal qazandı


Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir.

Cüdo Federasiyasından verilən məlumata görə, Azərbaycan milli komandası yarışın ikinci günü aktivinə daha 2 medal yazdırıb.

60 kq. çəki dərəcəsində çıxış edən Vüqar Hüseynov bütün rəqblərindən üstün olaraq qızıl medal qazanıb.

73 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu