“Qəbələ” hesabı açdı-YENİLƏNİR


"Qəbələ"-"Lill" oyununda hesab açılıb.

Onunun 13-cü dəqiqəsində Vitalij Vernydubun vurduğu qolla Azərbaycan təmsilçisi hesabda önə keçib.

***

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” növbəti avrokubok matçına çıxacaq .

“Qırmızı-qaralar” Fransada “Lill”in qonağı olacaqlar. Əvvəlki mərhələlərdə “Samtredia” (Gürcüstan) və MTK (Macarıstan) klublarını mübarizədən kənarlaşdıran “Qəbələ” bu dəfə daha ciddi sınaq qarşısındadı.

Ötən mövsüm turnirin qrup mərhələsində çıxış etmiş Roman Qriqorçukun komandası həmin uğuru təkrarlamaq üçün öncə “Lill” səddini aşmalıdı. Yeni mövsümdə keçirdyi bütün oyunlarda qol vuran təmsilçimiz Fransada da fərqlənib, qənaətbəxş nəticə əldə etməlidi.

Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
28 iyul

"Lill” (Fransa) – “Qəbələ” (Azərbaycan) - 0:1
Qol: Vitali Vernidub, 12
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis
Dördüncü hakim: Zbiqniev Dobrinin (hamısı Polşa)
Hakim-inspektor: Frank de Bleker (Belçika)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
Lill. “Metropol” stadionu

“Lill”: 1. Vinsent Enyeama, 2. Sebastyan Korçia, 5. Renato Çivelli, 8. Munir Obbadi, 10. Morqan Amalfitano, 11. Erik Bautok, 12. Yulian Palmieri,17. Markos Lopes, 20. Rayan Mendes, 24. Rio Mavuba (k), 25. Marko Başa
Ehtiyat oyunçular: 16. Mayk Malqnan, 6. İbrahim Amadu, 9. Yassin Benzia, 15. Lenni Nanyis, 18. Frank Beria, 23. Adama Soumaoro, 31. İv Bissuma
Baş məşqçi: Frederik Antonetti

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 11. Asif Məmmədov, 13. Murad Musayev, 32. Rəşad Eyyubov, 34. Urfan Abbasov, 44. Rafael Santos
Baş məşqçi: Roman Qriqorçuk



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu