“Qarabağ” üçün 7 il əvvəlki ssenari


“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsinin Çexiyada “Viktoriya” ilə qolsuz heç-heçəsi Azərbaycan klublarının avrokuboklar tarixində 3-cü belə nəticəsidi.

Buna qədər 2 dəfə klublarımız ilk qarşılaşmanı rəqib meydanında keçirib və 0:0 hesabı ilə kifayətlənib.

Bu iki hadisədən biri təmsilçimizin, digəri isə rəqibimizin yekun qələbəsi ilə nəticələnib. 2009-cu ildə elə “Qarabağ”ın özü bu duruma düşüb.

Ağdamlılar Norveçdə “Rusenborq”la qolsuz bərabərə qalıb. 7 il öncə rəqibini Bakıda 1:0 hesabı ilə yenən “Qarabağ” çexiyalılara da eyni aqibəti yaşatmağa çalışacaq.

2010-cu ildə isə səfərdəki 0:0 hesabı təmsilçimizə uğur gətirməyib. Moldovada “Olimpiya” ilə sülhə razılaşan “Xəzər Lənkəran” evdə uduzmasa da, səfər qolu rəqibin mərhələ keçməsi ilə nəticələnib – 1:1.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu