2 qat dünya çempionumuzda dopinq aşkarlandı
Bu barədə IWF-nin rəsmi saytında məlumat yayılıb.
Orqanizmindən istifadəsi qadağan olunan preparatlar aşkarlanan atletlər arasında Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayevin də adı var.
N.Paşayevdən 3 preparat - Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozolol preparatları aşkarlanıb.
Bu onun 2008-ci ildə çıxış etdiyi yay olimpiya oyunlarının doppinq-test araşdırmasının nəticəsidir.