“Qarabağ” və “Qəbələ”nin ev oyunlarının vaxtı bəlli oldu


Avroliqada ölkəmizi təmsil edən “Qarabağ” və “Qəbələ” klublarının ev oyunlarının vaxtı açıqlanıb.

AzNews.az xəbər verir ki, “Qarabağ”ın Bakıdakı bütün görüşlərinin saatı 19:00-da start götürəcək.

Beləliklə, Ağdan klubu I turda “Slovan”ı, III turda PAOK-u, VI turda isə “Fiorentina”nı qəbul edəcək.

“Qəbələ” də II turda “Maynts”, V turda “Anderlext”lə eyni saatda qarşılaşacaq. Yalnız IV turun “Qəbələ” - “Sent-Etyen” matçı 21:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu