Olimpiada finalında Toğrul Əsgərovla qarşılaşmış güləşçi medaldan məhrum edilib


Mərhum pəhləvanın gümüş medalı hindistanlıya verilib.

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərovun finalda məğlub etdiyi Rusiya təmsilçisi Besik Kuduxov gümüş medaldan məhrum edilib. "Report"un "The İndian Express"ə istinadən məlumatına görə, artıq dünyasını dəyişmiş osetiyalı pəhləvanın gümüş medalı hindistanlı Yogeşvar Dutta verilib.

Kuduxovun yenidən yoxlanılan dopinq-testi müsbət nəticə verib. Onun hansı qadağan olunmuş preparatı qəbul etdiyi açıqlanmır. Hər 3 güləşçi "London-2012"də 60 kq çəki dərəcəsində çıxış edib.

Qeyd edək ki, Besik Kuduxov 29 dekabr 2013-cü ildə 27 yaşında ikən avtomobul qəzası nəticəsində həyatını itirib. O, 4 qat dünya çempionu və "Pekin-2008"in gümüş mükafatçısı idi. Toğrul Əsgərov "Rio-2016"da 65 kq çəkidə keçirdiyi final görüşündə daha bir osetiyalı Soslan Ramonovla qarşılaşıb və məğlub olaraq, gümüş mükafatçı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu