AFFA-nın hüquqşünası: "İlin sonunadək Cinayət Məcəlləsinə danışılmış oyunlarla bağlı dəyişiklik olunacaq"


Klub rəsmiləri və futbolçular öhdəlik götürür ki, danışılmış oyunlarda iştirak etməyəcəklər.

"Əsas işimiz Cinayət Məcəlləsinə ediləcək dəyişikliklə bağlıdır. Güman edirəm ki, ilin sonuna qədər bu işi yekunlaşdıra biləcəyik".
Bunu "Report"a açıqlamasında AFFA-nın hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev AFFA İcraiyyə Komitəsinin son iclasında danışılmış oyunlarla bağlı qəbul olunmuş Bəyannamə haqda danışarkən deyib.

R.Malıyev Bəyannamənin ümumi xarakterli olduğunu bildirib: "Onu bütün klublara göndərəcəyik ki, klub rəsmiləri və futbolçular həmin bəyannaməni imzalasınlar. Bəyannamədə klub rəsmiləri və futbolçular öhdəlik götürür ki, danışılmış oyunlarla bağlı məsələlərdə iştirak etməyəcəklər".

AFFA rəsmisi Azərbaycan çempionatlarında danışılmış oyunlarla bağlı şübhələrin olduğunu inkar etməyib: "Danışılmış oyunlarla bağlı bugünədək şübhələrimiz olub. Amma öz təsdiqini tapan məsələ yoxdur. Bu işin daha da effektiv olması üçün qanuna dəyişikliklərə ehtiyac var. Dəyişiklikdən sonra hüquq-mühafizə orqanları özləri bu məsələ ilə məşğul olacaqlar. Onların kifayət qədər resurslarının, əməliyyat-axtarış səlahiyyətlərinin mövcudluğu işin daha da effektli olması ilə nəticələnəcək. Bizim səlahiyyətimiz o qədər də böyük deyil ki, bu işi daha effektiv aparaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu