“Barselona”nın 30 milyonluq transferi


İspaniyanın “Barselona” klubu növbəti transferini rəsmiləşdirib.

İspaniya millisi və “Valensiya”nın hücumçusu Pako Alkakerlə 5 illik müqavilə imzalanıb.

Katalonlar 23 yaşlı futbolçunun transferi üçün onun klubuna 30 milyon avro təzminat ödəyəcək. Həmçinin transferə görə “Barselona” futbolçusu Munir El Haddadiyi “Valensiya”ya icarəyə verib. (azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu