Kamrandan kobud səhv, 3 qol buraxdı- VİDEO


Ötən gün Portuqaliya çempionatında 6-cı turun oyunları keçirilib.

Futbolçularımız Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi "Boavişta" klubu növbəti matçına çıxıb. Millimizin qapıçısı Kamran Ağayev bu görüşdə “Boavişta”nın heyətində ilk oyununa çıxıb.

Oyun futbolçularımızın komandasının məğlubiyyəti ilə bitib. Belə ki, “Boavişta” 5-ci dəqiqədə hesabı açsa da, rəqib “Portu” komandası 3 qol vurmaqla qələbə qazanıb. İlk oyununa çıxan millimizin qapıçısı K.Ağayev rəqibin vurduğu 3-cü qolda kobud səhv edib.(Azvision)

[media=https://www.youtube.com/watch?v=TqgFd8YlRj8]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu