Premyer Liqada 6-cı tur başlayır- AZAL “İnter”ә qarşı


Bu gün Azərbaycan Premyer Liqasında VI turun oyunları start götürəcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək. Turun açılış matçı Şüvəlanda oynanılacaq. Mövsümə uğursuz başlayan AZAL “İnter”lə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

Azərbaycan Premyer Liqası
VI tur

24 sentyabr (şənbə)

16:00 AZAL - “İnter”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
“AZAL Arena”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu