İngiltərə Avropa çempionatından imtina etdi


İngiltərə 2024-cü il Avropa çempionatına ev sahiblik etmək iddiasını geri götürüb.

Bunu ölkənin Futbol Assosiasiyasının sədri Qreq Klark deyib. Onun sözlərinə görə, buna səbəb 2020-ci il Avropa çempionatının yarımfinal və final oyunlarının Londonda keçirilməsidir.

“2020-ci ildən 4 il sonra yenidən Avropa çempionatını keçirmək istəyi düzgün çıxmaz. 2018-ci il dünya çempionatının namizədliyi mübarizəsi bizə 23 milyon dollara başa gəldi. Bu böyük məbləğdir”, — deyə Qreq Klark bildirib.(Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu