Rövnəq Abdullayev: "Qələbə... başqa nə gözləməliyəm ki?!"


"Qəbələ"nin Almaniya "Maynts"ı ilə Avropa Liqasının II tur matçını UEFA prezidenti Aleksandr Çeferin ilə birgə izləyən AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, "Qəbələ" 2:1 hesabı ilə öndə olduğu halda, qələbəni qorumağa təcrübə və gücü çatmadı: "Maynts" Bundesliqanın tanınmış komandalarındandır. Pis oynamadıq, qalib də gələ bilərdik. Məncə, qələbəni qorumaq üçün təcrübə, güc çatmadı".

Virtualaz.org bildirir ki, R.Abdullayevin sözlərinə görə, UEFA prezidenti Aleksandr Çeferin də Azərbaycan klubunun çıxışını normal qiymətləndirib: "Başqa nə deyəcək ki?! Normal qiymətləndirdi".

AFFA prezidenti hazırda İtaliyada "Fiorentina" ilə Avropa Liqası matçında çıxış edən Azərbaycanın digər təmsilçisi "Qarabağ"dan qələbə gözlədiyini də əlavə edib: "Komandamızdan qələbə gözləyirəm. Başqa nə gözləməliyəm ki?!".

Xatırladaq ki, bu dəqiqələrdə "Fiorentina"- "Qarabağ" oyununun ikinci hissəsi başlayıb və təəssüf ki, komandamız 0-3 hesabı ilə məğlub durumdadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu