Devid Bekhem "Real"a qayıdır


Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem yenidən "Real"a qayıdır.

41 yaşlı mütəxəssis "kral klubu"nun səfiri kimi fəaliyyət göstərəcək.

Bekhem Madrid təmsilçisinin ABŞ səfiri olması təklifini qəbul edib. O, Amerikada İspaniya nəhənginin marka reklamı ilə məşğul olacaq.

Qeyd edək ki, 2003-2007-ci illərdə "Real"ın formasını geyinmiş Bekhem 2007-2012-ci illərdə ABŞ-ın "Los-Anceles Qalaksi" klubunda çıxış edib və hazırda bu ölkədə yaşayır.(Apasport)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu