“Neftçi” futbolçusu azarkeşə yumruq atdı- İşə polis qarışdı+FOTO


Topaz Premyer Liqasının 9-cu turunda keçirilәn “Neftçi” – “Qarabağ” oyununda qalmaqallı anlar yaşanıb.

“Qafqazinfo” xәbәr verir ki, meydan sahiblәrinin 3 nömrәli futbolçusu Jairo Rodrigez öz qapısına qol vurduqdan sonra azarkeşlәrdәn biri meydana düşüb, onun üzәrinә gedib.

Lakin Jaironun komanda yoldaşı Katalin Tira azarkeşi vuraraq meydandan uzaqlaşdırmaq istәyib. Mәsәlәyә polis müdaxilә edәrәk fanatı meydandan çıxarıb və polis bölməsinə aparıb.

Lakin matçın baş hakimi Ramil Diniyev ara sakitlәşәndәn sonra Katalin Tiraya qırmızı vәrәqә göstәrib.

“Neftçi”nin azarkeşlәri bütün ikinci hissә boyu Müşahidә Şurasını vә Çingiz Abdullayevi istefaya çağırıb.

Qeyd edәk ki, matç 2:0 hesabı ilә “Qarabağ”ın xeyrinә başa çatıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu