Torresin ölümünə görə matəm elan olundu


Futbol üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, tanınmış futbolçu ilə vida mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında keçiriləcək.

CBF-nin qarşısındakı bayraqlar endiriləcək, ölkə çempionatında oynanılacaq görüşlər isə 1 dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, K.A. Torres ötən gün 72 yaşında infraktdan vəfat edib.

K.A.Torres Braziliya millisi ilə 53 oyuna çıxıb. Onun kapitanı olduğu yığma 1970-ci ildə dünya çempionu olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu