“Elə bildim “Qarabağ”lıdır”- Azarkeşi döyən futbolçu+FOTO


Xəbər verdiyimiz kimi, “Neftçi” – “Qarabağ” matçında meydan sahiblərinin futbolçusu Katalin Tira meydana girən azarkeş Nurlan Əzizliyə yumruq atıb.

“Qafqazinfo”nun məlumatına görə, etdiyi hərəkətə görə elə dünən klubdan qovulan futbolçu feyzbukda fanatlardan üzr istəyib.

“Mən etdiyim hərəkətə görə üzr istəyirəm. Fikrim yalnız komanda yoldaşlarımı müdafiə etmək idi. Mən elə bildim ki, o, “Qarabağ” azarkeşidir. Öz fanatımız olduğunu düşünmədim”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu