Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti alınıb
Bakıda 2017-ci ilin iyununda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti İngiltərədən alınıb.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin müdiri Bülent Özərdim bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ilk bilet onlayn satış başlanandan bir neçə dəqiqə sonra alıcısını tapıb: "Bilet İngiltərədən sifariş olundu. Ardınca Rusiyadan bilet sifarişi verildi. Bu da xaricdə yaşayanların Azərbaycan Qran-prisinə olan marağı göstərir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi gələn il iyunun 23-25-də keçiriləcək.(report)