Ardadan karyerası ilə bağlı önəmli qərar


Türkiyə millisinin kapitanı Arda Turan Çindən aldığı sərfəli təklifə baxmayaraq, “Barselona”nı tərk etməyəcək.

Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərəə görə, “Quançjou Everqran” klubu 29 yaşlı yarımmüdafiəçiyə ümumi dəyəri 50 milyon avro təşkil edən 3 illik müqavilə təklif edib. Bildirilib ki, bununla bağlı Kataloniya klubuna rəsmi təklif irəli sürülməsə də, türk futbolçu Çində oynamaq istəmədiyini bildirib.

Qeyd edək ki, bu mövsüm Arda “Barselona”da 19 rəsmi oyunda 11 qol vurub və 7 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır.

Əlavə edək ki, son vaxtlar Çin klubları ulduz futbolçuları baha qiymətə transfer etməklə diqqət mərkəzinə düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu