"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi qohumları tərəfindən döyüldü


"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Mustafa Dənizli həyat yoldaşı və onun qohumları tərəfindən döyülüb.

Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssisin 2010-cu ildə evləndiyi Evin Elçi 21 sentyabrda evi tərk edib. 25 sentyabrda qardaşları ilə geri dönən qadın boşanmaq qarşılığında Dənizlidən 5 milyon lirə istəyib. Pulu ala bilməyən Evin Elçi və qardaşları Mustafa Dənizlini döyüblər.

Bundan sonra Mustafa Dənizli polisə müraciət edib. Başından və boynundan zərbə alan mütəxəssis böyük qızın evinə gedərək onlarla yaşayır. Bədənindəki xəsarətləri ailəsinə utanaraq göstərən 67 yaşlı mütəxəssis çox qorxduğunu və ailəsinə də zərər gələcəyinə görə nigaran olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mustafa Dənizli 2013-2014-cü illərdə "Xəzər Lənkəran"a başçılıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu