"MY" Qrizmann üçün danışıqlara başladı


"Mançester Yunayted" Antuan Qrizmannın transferi üçün "Atletiko" ilə danışıqlara başlayıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubunun fransalı oyunçunun təzminat qiyməti olan 86 milyon funt sterlinq ödəniləcəyi təqdirdə, onu satmağa müsbət baxacağı bildirilib.

"MY"nın "Atletiko" ilə danışıqları müsbət nəticələnsə, İngiltərə klubu A.Qrizmanna həftəsinə 220 min funt sterlinq qazanacağı müqavilə təklif edəcək.

Qeyd edək ki, "MY"nın baş məşqçisi Joze Mourinyo açıqlamalarının birində A.Qrizmannı bəyəndiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu