Qənirə Paşayeva Dünya Alpaqut Federasiyasının 1-ci vitse-prezidenti seçilib


Azərbaycan Atatürk Mərkəzində, Dünya Alpaqut Federasiyası beynəlxalq idman təşkilatı növbədənkənar toplantı keçirib.

Federasiyanın mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, toplantıda Dünya Alpaqut Federasiyasının İdarə heyyətinin yeni tərkibi aşağıdakı kimi müəyyən olunub: 1. Araz Abdullasoy; 2. Amanjol Tuberov; 3. Azər Həsənsoy; 4. Boobek Totoşov; 5. Əkbər Qoşalı; 6. Anar Xəlilov; 7. Qənirə Paşayeva; 8. Kamil Yusubov; 9. Necmeddin Kibar; 10. Nizami Cəfərov; 11. Fərid Əlizadə; 12. Faik Mammadov; 13. Vasif Namazov.
Millət vəkili Q.Paşayeva Dünya Alpaqut Federasiyasının idarə heyətində təmsil olunan ilk qadındır. Alınan qərarlara görə, Millət vəkili Paşayeva Qənirə Ələsgər qızı, Dünya Alpaqut Federasiyasının 1-ci Vitse-Prezidenti, Abdullasoy Araz Zakir oğlu, Dünya Alpaqut Federasiyasının hüquqi məsələlər üzrə Vitse- prezidenti vəzifəsinə seçilib. Qeyd edək ki, Dünya Alpaqut Federasiyası 12.12.2014 –cü ildə, Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə rəsmən qeydiyyatdan keçmiş beynəlxalq idman təşkilatıdır. Federasiyanın prezidenti Millət Vəkili Nizami Cəfərovdur. Federasiyanın Azərbaycan başda olmaqla Almaniya, Qırğızstan, Qazaxstan, Türkiyə, Çexiya, Gürcüstan, İran, Pakistan, Hindistan, Özbəkistan və Rusiya (Ekatirinburq, Moskva vilayəti, Başqırdıstan) üzrə rəsmi nümayəndəlikləri var.
Alpaqut Türk xalqlarının qədimdən yaşayan döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilmiş bir döyüş sənətidir. Alpaqut adı, 11-ci yüzillikdə Mahmud Qaşqarlı tərəfindən yazılmış “Divanü Lüğәtit Türk”, Türk Dialektlerinin lüğətindən götürürülüb. Alpaqutun statusu: "Tək başına düşmənə qalib gələn, ələ kеçməyən igid". Mənası: Alp (döyüşçü) Qut (qutsal, müqəddəs) deməkdir. Qədim dövrdə Alpaqut xaqan qvardiyası-buyrukların içərisində öz igidliyi ilə seçilən alplara verilən titul olub. Xaqanın mühafizə olunmasında Alpaqutlara xüsusi üstünlük verilirdi. Bundan başqa Alpaqutlar başqa bir vəzifənidə yerinə yetirirdilər. Onlar təkbaşına düşmən qoşunu içərisinə girir və onlarda qorxu hissi yaradırdılar. Məhz buna görə də Alpaqutlar türk xalqlarının hərb mədəniyətində bütün tarixi boyu xüsusi hörmətə layiq görülüb.
Millət vəkili Q. Paşayeva Dünya Alpaqut Federasiyası tərəfindən Umay Xatun dərəcəsi ilə də təltif edilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014 cü il tarixli № 37 saylı sənədi əsasında istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən və Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən Patent Şəhadətnaməsi, Alpaqut Turan döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman üstası, türk döyüş sənətləri üzrə araşdırmaçı Vasif İmran oğlu Namazova verilib.






















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu