Mamadou Sakhodan "Qalatasaray"a mesaj var


"Meydanlara geri dönürəm".

"Liverpul"da oynayan Mamadou Sakho addım-addım "Qalatasaray"a yaxınlaşır.

"Liverpul"dan ayrılmağı düşünən Mamadou Sakho, karyerasına davam etmək şansı yüksək olan ölkələr arasında Türkiyəyə işarə edərək sarı-qırmızılı tərəfdarları həyəcanlandırıb.

"Qalatasaray" rəhbərliyi, Mamadou Sakho ilə görüşlərini davam etdirir. 1.87 boyunda olan 26 yaşlı fransız stoperi rənglərinə qatmaq istəyən sarı-qırmızılılar, çox sayda komandayla birlikdə amansız yarış içərisinə girib.

Futbolçu isə şəxsi sosial media hesabından paylaşdığı videoda "Meydanlara geri dönürəm" yazıb. Paylaşımın sonunda isə Türkiyə də daxil olmaqla, 9 ölkənin bayrağını qoyub. Bu da azarkeşləri həyəcanlandırıb. (musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu