Nazirlikdən idmançımızın olimpiya medalı alması haqda açıqlama

Xəbərin çap versiyası
Tarix: 9-01-2017, 12:55    |    Xəbər oxunub: 186 dəfə
Nazirlikdən idmançımızın olimpiya medalı alması haqda açıqlama Ağırlıqqaldırma üzrə atlet İntiqam Zairovun London Yay Olimpiya Oyunlarında gümüş medala yiyələnməsi haqqında Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında məlumat yoxdur.

Bunu AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Nazirlik rəsmisi qeyd edib ki, bununla bağlı Azərbaycan Ağır Atletika Federasiyasına heç bir rəsmi məlumat daxil olmayıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, London Olimpiadasında 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxan İntiqam Zairovun gümüş medal qazanması haqqında məlumat yayılıb.

Məlumatda bildirilir ki, yarışları 6-cı yerdə başa vuran 397 kq (182 kq + 215 kq) atlet sonradan dopinqdə “ilişsə” də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bəraət alıb. Bu çəki dərəcəsində öncədən 6 idmançı cəzalandığından bunlardan birinin, yəni Zairovun “təmizə” çıxması onun sıralamada da irəliləməsinə səbəb olub. Nəticədə həmyerlimiz Olimpiadanın gümüş medalına yiyələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məktəblərin reytinq cədvəli necə hazırlanır?

Məktəblərin reytinq cədvəli necə hazırlanır?

Kürdlərin referendumu başa çatdı-

Kürdlərin referendumu başa çatdı- səslər hesablanır

AVRO-2017:

AVRO-2017: Azərbaycan voleybolçuları 1/4 finala vəsiqə qazanıb

Daha iki uşaq atasız qaldı:

Daha iki uşaq atasız qaldı: intihar

"Səudiyyə Ərəbistanı Qarabağ məsələsində Azərbaycanın yanındadır"

Bakıda “Turizm həftəsi”nə start verilir

Bakıda “Turizm həftəsi”nə start verilir

Prezident milli komandamızın oyununa baxır

Prezident milli komandamızın oyununa baxır

İlham Əliyev yol tikintisinə 21 milyon ayırdı

İlham Əliyev yol tikintisinə 21 milyon ayırdı

Cəlilabadda bələdiyyə ərazisində yanğın baş verib

Cəlilabadda bələdiyyə ərazisində yanğın baş verib

Təhsil Nazirliyi müsabiqədə uğur qazanan müəllimlərə qarşı-

Təhsil Nazirliyi müsabiqədə uğur qazanan müəllimlərə qarşı- ŞİKAYƏT

Əmək miqrasiyası kvotası təkmilləşdirilir-

Əmək miqrasiyası kvotası təkmilləşdirilir- FOTOLAR

Ön xətdə yerləşən hərbi hissədə döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib-

Ön xətdə yerləşən hərbi hissədə döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur