Azərbaycanlı futbolçu Yunanıstan klubunda

Xəbərin çap versiyası
11-01-2017, 16:34      
Azərbaycanlı futbolçu Yunanıstan klubunda "Sumqayıt" klubunun futbolçusu Amit Quluzadə Yunanıstan Super Liqasında çıxış edən AEL-lə müqavilə imzalayıb.

Bu barədə sosial şəbəkədə yarımmüdafiəçinin özü bildirib.

İyirmi beş yaşlı futbolçu Amit Quluzadə karyerası ərzində Azərbaycanın "Neftçi", "Rəvan", "Qəbələ", Türkiyənin "Ərciyyəspor" və Portuqaliyanın "Atletiko" klublarında çıxış edib.

O, Larrisa tamsilçisi ilə 2.5 illik müqavilə imzaladığını açıqlayıb.

Onu da qeyd edək ki, futbolçu bu transferə görə, "Sumqayıt" klubunun rəhbərliyinə təşəkkür edib.

AFN.az

Baxış sayı: 30











Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz