Ahmet Çalık “Qalatasaray”da


“Qalatasaray” qış fasiləsində ikinci transferini həyata keçirib. Türkiyə mətbuatı xəbər verir ki, “cim-bom” “Gənclərbirliyi”nin müdafiəçisi Ahmet Çalıkı heyətinə cəlb edib.

Klublar arasında aparılan uzun danışıqlar nəhayət ki, öz bəhrəsini verib. “Gənclərbirliyi”nin prezidenti İlhan Cavcav əvvəlcə 5 milyon avro tələb etsə də, sonda bu keçidin 2,5 milyon avroya baş tutmasına razılıq verməli olub. Türkiyə millisinin 22 yaşlı oyunçusunun bu gün və ya sabah rəsmən “Qalatasaray”ın futbolçusu kimi təqdim olunması gözlənilir.

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2011-ci ildən peşəkar futbolçu kimi bu klubun formasını geyinib. (apasport.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu