Millimizin sabiq baş məşqçisi axtarışa verildi



Cüdo üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Peter Zayzenbaher beynəlxalq axtarışa verilib.

“Judoİnside” xəbər verir ki, Vyana məhkəməsi Zayzenbaherin həbs edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, sabiq baş məşqçinin beynəlxalq axtarışa verilməsinə səbəb onun məhkəmə proseslərinə gəlməməsi və istintaqdan gizlənməsidir.

Xatırladaq ki, Zayzenbaher 2 uşağı - 11 və 13 yaşlı yetirmələri zorlamaqda ittiham olunur. Onun hadisəni 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi bildirilir. (azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu