Vaqif Cavadov Ermənistan mətbuatında- FOTO



Cavadov bir müddət əvvəl verdiyi açıqlamada “Anji”dən gələn təklifi rədd etdiyini demişdi.

Ermənistan mətbuatı millimizin sabiq üzvü Vaqif Cavadovdan yazıb. İstiPress-in məlumatına görə, “golosarmeni.am” saytında “Sumqayıt”dan ayrılan futbolçumuzun Rusiyanın “Anji” klubundan gələn təklifə rədd cavabı verdiyi qeyd olunub. Cavadovun “Anji”dən imtina etməsinə komandanın baş məşqçisinin ermənistanlı Aleksandr Qriqoryan olması səbəb göstərilib.

Cavadov bir müddət əvvəl verdiyi açıqlamada “Anji”dən gələn təklifi rədd etdiyini demişdi. O bildirmişdi ki, Mahaçqala klubundan kifayət qədər ciddi təklif alıb. Ancaq komandanın baş məşqçisi erməni olduğu üçün təklifi dəyərləndirməkdən imtina edib. Qeyd edək ki, bu xəbər erməni saytında günün ən çox oxunan xəbərlərindən biri olub.

Vaqif Cavadov Ermənistan mətbuatında-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu