“Qarabağ” Reynaldonu neçəyə satıb?




Avropanın məşhur Transfermarkt saytı “Qarabağ”dan “Adanaspor” klubuna transfer olunan Reynaldo Silvanın təzminat qiyməti barədə məlumat yayıb.

Qol.az-ın xəbərinə görə, brazilyalı futbolçunun keçidinin superliqa təmsilçisinə 500 min avroya başa gəldiyi qeyd edilib.

“Qarabağ” klubundan məsələylə bağlı şərh verilməyib. “Adanaspor” isə dünən yaydığı rəsmi məlumatda Reynaldo ilə 2,5 illik müqavilə imzalandığını bildirsə də, transferin qiymətini açıqlamayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu