"Qarabağ" yenidən lider oldu




Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Turun son oyun günündə 2 qarşılaşma keçirilib.

İlk görüşdə "Zirə" AZAL komandasını qəbul edib. Zirə idman kompleksinin stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qələbə qazanıb. Ayxan Abbasovun rəhbərlik etdiyi komandada Sezar Meza Kolli 11 və 29-cu dəqiqələrdə dubl edib. AZAL-ın yeganə qolunu isə 50-ci dəqiqədə Rəşad Abdullayev vurub. Bu oyundan sonra "Zirə" 15 xalla turnir cədvəlinin IV, AZAL isə 8 xalla sonuncu pilləsindədir.

Turun son oyunu isə "Azərsun Arena"da keçirilib. "Qarabağ" Bakının "Neftçi" klubunu qəbul edib. Oyunda ilk qolu qonaqlar vurub. Cavid İmamverdiyev 13-cu dəqiqədə topu qapıya göndərib. İlk hissə "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda son nöqtəni isə "Qarabağ" qoyub. Oyunun 73-cü dəqiqəsində Dino Ndlovu rəqib futbolçu Məqsəd İsayevin cərimə meydançası daxilində əllə oynamasına görə təyin olunan penaltini dəqiq yerinə yetirib. Qarşılaşma 1:1 hesabı ilə də bitib.

Bu, bakılıların səfərdə qələbə qazana bilmədiyi 8-ci oyun olub. Bununla "Qarabağ" xal ehtiyatını 33-ə çatdıraraq yenidən ilk pilləyə yüksəlib. "Neftçi" isə 10 xalla VII-dir.

Qeyd edək ki, turun ilk oyun günündə 2 qarşılaşma keçirilmişdi. "Qəbələ" - "Sumqayıt" 1:1, "İnter" - "Kəpəz" oyunu isə 4:1 hesabı ilə başa çatmışdı.(qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu