Dopinq qəbul edən boksçu “Survivor”dan qovulacaq?




Türkiyənin məşhur yarışmalarından olan “Survivor”un iştirakçısı, türkiyəli boksçu Adem Kılıççı dopinqdən istifadə etdiyinə görə Beynəlxalq Olimpiya Komitəsi onu cəzalandıraraq dərəcəsini ləğv edib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Kılıççı həmçinin Beynəlxalq Boks Federasiyası (AIBA) və Türkiyə Boks Federasiyasına (TBF) sövq olunub. TBF-in idmançını yarışlardan uzaqlaşdıracağı gözlənilir.

Bu məqamda Adem Kılıççının “Survivor”dan kənarlaşdırılıb-kənarlaşdırılmayacağı marağa səbəb olub. “Hurriyet”in əldə etdiyi məlumata görə, o, dopinqi 7 il əvvəl qəbul etdiyinə görə yarışmadan uzaqlaşdırılmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu