Futbol üzrə Azərbaycan çempionatında biabırçılıq- FOTO




Futbol üzrə Azərbaycan çempionatının 16-cı turu çərçivəsində keçirilən AZAL-"Qarabağ" oyununda qonaqların ispan yarımmüdafiəçisi Dani Kintana zədələnib.

Adi epizodda Kintana qəflətən ayağını tutub və yerə yıxılıb.

Maraqlıdır ki, futbolçunu meydandan komanda yoldaşları xərəkdə çıxarıblar. Daha doğrusu, oyunçular xərək daşıyanların azyaşlı olmasını görüb müayinə olunması üçün Kintananı meydandan özləri kənarlaşdırıb.

Görünür, ciddi maliyyə sıxıntısı yaşayan AZAL-da bu iş üçün nəzərdə tutulmuş əməkdaşlar ixtisara salınıb və əvəzində azyaşlılar işə cəlb olunub.

Xatırladaq ki, matç Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. (istipress)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu