"Qarabağ"dan üzücü açıqlama




Topaz Premyer Liqanın 16-cı turunun AZAL – “Qarabağ” oyununda ciddi zədə alan Ağdam klubunun legioneri Dani Kintananın son durumu müəyyənləşib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında bildirib ki, tibbi müayinədən keçən 30 yaşlı yarımmüdafiəçinin diz bağlarının qırıldığı qətiləşib. Gözlənildiyi kimi, bu səbəbdən ispan futbolçu ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun yaxın vaxtlarda əməliyyat olunacağı gözlənilir.

Beləliklə, Dani üçün Topaz Premyer Liqasının 2016/17 mövsümü erkən başa çatıb. Bundan başqa, “Qarabağ” avrokuboklara vəsiqə qazanacağı təqdirdə, Dani ilkin mərhələnin bəzi oyunlarını da buraxacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu