“Qəbələ”dən “Neftçi”nin məşqçisinə sərt cavab




“Qəbələ” klubu “Neftçi” matçında texniki zonadan uzaqlaşdırılan komandanın baş məşqçisi Roman Qriqorçuk haqda “Neftçi” klubunda məşqçisi Aleksandr Deriberinin açıqlamalarına münasibət bildirib.

"Qafqazinfo"nun xəbərinə görə, məlumatda qeyd olunur ki, klub Deriberinin açıqlamasını çox təəccüb və təəssüf hissi ilə qarşılayıb:

"Əslində, hadisələrin əsl səbəbkarı olan bu şəxs hər şeydən öncə özünün köməkçi məşqçi olduğunu nəzərə alaraq, nəinki komandamızın, istənilən rəqib komandanın baş məşqçisinə etiraz, aqressiv hərəkət nümayiş etdirməməlidir. Bunun əksinə olaraq, futbol və adi insanlıq normalarını heçə sayaraq, baş məşqçimizin hakimlə olan dialoquna qoşulan bu şəxs meydançada tərəflər arasında ciddi gərginlik yaratdı. Roman Qriqorçuk hər zaman rəqibə və oyun qaydalarına hörmət edir, Deriberin isə görünür ki, hər hansı bir yolla ictimaiyyətin gündəminə gəlmək istəyir. Çünki bu şəxsin oyun zamanı etdikləri və oyundan sonra mətbuata verdiyi açıqlama başqa cür izah oluna bilməz. Oyunu izləyən hər kəs müşahidə etdi ki, məhz bu şəxsin baş məşqçimizə qarşı yersiz atmacası və jestləri ilə tərəflər arasında mübahisə yarandı. Roman Qriqorçuk və “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev arasında qarşılıqlı hörmət və gözəl münasibət olduğu halda, bu şəxsin baş məşqçimizə münasibəti yolverilməzdir.

Bu şəxsin məşqçimiz haqda mətbuata açıqlaması da qeyri-peşəkar bir fərdin fikrindən fərqlənmir. Təbii ki, həmin şəxs futbol adamıdırsa, ölkəmizin futbolda qazandığı uğurların siyahısında Qriqorçuk soyadına tez-tez rast gəlməlidir. Bununla belə, ictimaiyyətə də bəllidir ki, Roman Qriqorçuk hər hansı uğurla kifayətlənən insanlardan deyil, özü və komandası üçün daim inkişafı düşünən mütəxəssisdir.

Ümid edirik ki, bu şəxs bundan sonra kimin başında tac olub-olmamasını aydınlaşdırmaqla yox, futbolda göstərəcəyi uğurlarla gündəmə gələcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu