“Qalatasaray” baş məşqçini dəyişəcəkmi?



“Qalatasaray”ın prezidenti Dursun Özbek “Kayserispor”a dünənki məğlubiyyətdən (1:2) sonra baş məşqçiləri Jan Olde Riekerinklə yolları ayıracaqlarına dair mediada yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında o deyib ki, klubun idarə heyəti üzvlərinin hansısa başqa məşqçi ilə görüşləri, danışıqları olmayıb.

“Hazırda bizim yeganə hədəfimiz “Qalatasaray”ın daim uğurlarına və növbəti çempionluğuna nail olmaqdır” – deyə klub prezidenti vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu