Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi istefaya göndərilib



Buna komandanın son vaxtlar uğursuz nəticə göstərməsi səbəb olub

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Yan Olde Rikerinklə yollarını ayırıb.

"Report" xəbər verir ki, 53 yaşlı holland mütəxəssis komandanın son vaxtlar uğursuz nəticələrinə görə istefaya göndərilib.
Bununla bağlı qərar klubun Direktorlar Şurası tərəfindən qəbul olunub. İstefa bu gün rəsmən açıqlanacaq.

Rikerink "Qalatasaray"ı ötən ilin martında qəbul edərək həmin çempionatı 6-cı yerdə bitirib və ölkə kubokunu qazanıb. Cari çempionatda 3-cü yerdə gedən komanda lider "Beşiktaş"dan 5 xal geri qalır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu