"Azəryol" voleybol klubu fəaliyyətini dayandırır




Qadın voleybolçulardan ibarət "Azəryol" voleybol klubu aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracaq.

Səbəb hazırda Azərbaycan Həndbol Federasiyasına rəhbərlik edən "Azəravtoyol" ASC-nin prezidenti Saleh Məmmədovun klubu maliyyələşdirməkdən imtinasıdır.

O, hələ 2016-cı il dekabrın 1-də federasiya rəhbəri seçildikdən sonra voleybola diqqət ayıra bilməyəcəyini açıqlayıb. Azərbaycan Voleybol Federasiyası "Azəryol"un mövsümü başa vurması üçün komandanın maliyyələşməsini öz üzərinə götürüb. Azərbaycan Super Liqasına martın sonlarında yekun vurulacaq. Məhz həmin vaxtadək klubun voleybolçuları və texniki işçilərinə maaşlar ödəniləcək. Kollektivin sonrakı aqibəti isə bilinmir.

Qeyd edək ki, hazırda "Azəryol" Super Liqada 11 oyundan 16 xalla 3-cü pillədə qərarlaşıb.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu