Çempionlar Liqası: Bu gecə gözlər Avropada



Bu gecə 2 matç keçiriləcək

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.Bu gün qitənin mötəbər klub turnirində daha 2 matç keçiriləcək. “Bayer” Leverkuzen"de "Atletiko"nu sınağa çəkəcək. Ölkə çempionatında son 2 matçında qələbə qazanan Almaniya təmsilçisi eyni uğuru ÇL-də davam etdirmək əzmindədir. Lakin bu, heç də asan deyil. Çünki “Atletiko” da rəqibi kimi son həftələr xal itirmir.

Günün digər matçı isə Mançesterdə oynanılacaq. “Mançester Siti” “Monako” ilə üz-üzə gələcək. Premyer Liqada çempionluq mübarizəsindən kənarda qalan Xosep Qvardiolanın komandası avrokuboklarda uğur qazanmağı hədəfləyir. Fransa çempionatının lideri isə Mançester səfərinə sərfəli nəticə üçün yollanır. (istipress)

Çempionlar Liqası

1/8 final mərhələsinin ilk oyunu

21 fevral

23:45. “Bayer” (Leverkuzen, Almaniya) - “Atletiko” (İspaniya)

23:45. “Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa)

22 fevral

“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya)

“Sevilya” (İspaniya) - “Lester” (İngiltərə)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu