İslam Oyunlarında Azərbaycan yığmasına kim rəhbərlik edəcək?



Yığmamızı çalışdıracaq mütəxəssisin adı rəsmən açıqlanıb

İslam Həmrəyliyi Oyunlarında futbol üzrə Azərbaycan millisini çalışdıracaq mütəxəssisin adı rəsmən açıqlanıb. Komandamızı oyunlara U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadə çıxaracaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bu il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq İslamiadada ölkələr 23 yaşadək futbolçulardan ibarət komandalarla təmsil olunacaqlar. Əvvəlcədən də gözlənildiyi kimi, Azərbaycan yığmasına Vahabzadə rəhbərlik edəcək. Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 8 yığma mübarizə aparacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu