Millimizin dünya reytinqi




FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik baş verməyib. Millimiz 380 xalla 89-cu yerdə qərarlaşıb.

Komandamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1433 xalla 3-cü (0), Şimali İrlandiya 786 xalla 35-ci (0), Çexiya 684 xalla 42-ci (+4), Norveç 428 xalla 81-ci (0), San Marino isə 17 xalla 203-cü (-1) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1644 xalla Argentina millisi başçılıq edir. Braziliya 1534 xalla ikincidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu