Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi




FIFA-nın Azərbaycan yığmasında oynamasına icazə verdiyi Renat Dadaşv Almaniyanın “Ayntraxt” klubunun U-19 komandasında növbəti oyununu keçirib. Gənclər liqasının XXI turunun "Ştuttqart Kickers"lə ev oyununda iştirak edib.



Oyun "Ayntraxt"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Renat bu matçda 3 qola imza atıb. 17 yaşlı hücumçu qarşılaşmanın 17, 45 və 49-cu dəqiqələrində komandasının 2, 3 və 4-cü qollarını vurub.

Qeyd edək ki, "Ayntraxt" 21 turda 28 xal toplayıb və turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu