“Onu tanımırıq, milliyə də dəvət etməyəcəyik”- AFFA-dan açıqlama




AFFA Türkiyə I Liqasında çıxış edən “Adana Dəmirspor”un futbolçusu Sərcan Kayaya millimizdə oynaması ilə bağlı təklif göndərməsi barədə xəbərləri təkzib edib.

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Qol.az saytına açıqlamasında bildirib ki, belə bir söhbət olmayıb: “Onunla danışıqlar aparılmayıb. Ümumiyyətlə, elə bir futbolçu tanımırıq və bu oyunçunu milliyə dəvət etmək fikrində deyilik”.

Qeyd edək ki, dünən Türkiyə mətbuatına açıqlamasında Sərcan Kaya milli komandamızdan təklif aldığını açıqlayıb.

28 yaşlı yarımmüdafiəçi AFFA-dan aldığı təklifi qəbul etdiyini deyib: “Anamın atası azərbaycanlıdır. Bilmirəm hardan öyrəniblər, ancaq dəvət yolladılar. Yaxın vaxtlarda çağıracaqlarını dedilər. Mən də getməyi düşünürəm. Keçmişdə Türkiyə millisinin aşağı yaş qruplarında oynamışam, əlimdən gələni etmişəm. Azərbaycanı da özümə uzaq görmürəm”.

Qeyd edək ki, S.Kaya 2013-cü ildə də millimizdən dəvət aldığını açıqlamış və təklifi qəbul etməmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu