Zaur Axundov AFFA İcraiyyə Komitəsinin üzvü seçilib




AFFA-nın növbəti Hesabat Konfransında İcraiyyə Komitəsində vakant olan 1 yerə seçki keçirilib.

Həmin yerə yekdilliklə Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundov seçilib. O, dünyasını dəyişmiş Mirkamil Rəhimovu əvəzləyib.

Qeyd edək ki, Zaur Axundovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu