Çempionlar Liqasında dəyişiklik- 24 klub birbaşa qrupda




UEFA 2018/19 mövsümündə Çempionlar Liqasında iştirak edəcək klublarla yeni bağlı məlumat yayıb.

Qitənin ən nüfuzlu klub turnirində 2018/19 mövsümündən etibarən reytinq siyahısının ilk 4 pilləsində olan ölkə qrup mərhələsində 4 klubla təmsil olunacaq.

Əmsallar cədvəlində 5-6-cı yerləri turan 2 ölkənin 2 komandası yarışa birbaşa qrup mərhələsindən qoşulacaq. Bu ölkələrin daha 1 təmsilçisi isə qrup mərhələsinə düşmək üçün 2 mərhələ adlamalıdı.

Reytinqdə 7, 8, 9, 10-cu olan ölkənin 1 klubu qrup mərhələsində iştirak edəcəyi halda, 1 klub da yarışa seçmə mərhələdən başlayacaq.

Cədvəldə 11 və 12-cı yeri tutan ölkələrin çempionları isə yarışa sonuncu təsnifat mərhələsindən qoşulacaqlar.

Bununla da 2018/19 mövsümündən etibarən 24 klub ÇL-də mübarizəyə birbaşa qrup mərhələsindən start verəcək. (qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu