"Qalatasaray"da zəlzələ: kimlər gəlir, kimlər gedir, kimlər qalır?-SİYAHI




"Qalatasaray" islahatlara hazırlaşır. Fanat.Az xəbər verir ki, gələn mövsüm idman direktoru olacaq Cenk Ergünün Seneqalla yollandığı bildirilir.



İddiaya görə, o, 17 yaşlı seneqallı istedad Queyenin tranmsferi üçün danışıqlara başlayıb. Baş məşqçi İqor Tüdorun istəyi ilə heyətə sağ və sol cinah oyunçuları, stoper, ön libero və hücumçu qatılacaq.

Yaşlanan komandanı cavanlaşdırmaq niyyətində olan klub rəhbərliyi həm yeni transferlər üçün yer boşaltmaq, həm də maaş büdcəsini 44 milyon avroya endirmək niyyətindədi.

Türkiyə mətbuatının məlumatına görə, klub Uesli Sneyder, Bruma və Lionel Karoleni satmaq niyyətindədi. Brumanı yeni müqavilə imzalamağa razı sala bilməyən rəhbərlik gələn mövsümün sonunda müqaviləsi bitəcək portuqaliyalının pulsuz getməsini istəmir. Buna görə də onu satmağa çalışırlar.

Artıq Yaponiyanın "Vissel Kobe" klubu ilə müqavilə bağlayan Lukas Podolskidən başqa Aurelien Çedyu, Sabri Sarıoğlu, Nigel De Yonq və Luis Kavanda da yola salınacaq.

Hakan Balta və Yosue və Koray Günterin durumuna hələ aydınlıq gəlməyib. Onların yola salınıb-salınmayacağı bilinmir.

Fernando Muslera, Cenk Gönen, Serdar Aziz, Ahmet Çalık, Semih Kaya, Martin Linnes, Selcuk İnan, Tolqa Ciğerci, Yasin Öztekin, Harri Rodriges, Sinan Gümüş və Eren Derdiyok komandada saxlanılacaq.

İcarədə olan Tarık Çamdal (Eskişəhərspor), Rayan Donk (Betis, İspaniya) və Emrah Başsan (Fortuna, Hollandiya) geri qaytarılacaq.

"Qalatasaray"ın transfer siyahısı da artıq hazırdı. Rəhbərlik "Mançester Siti"dən Bakari Saqna, "Palmeyras"dan Vitor Hüqo, "Liverpul"dan Lukas Leyva və "Quanqzu Everqrande"dən Cekson Martinesi hədəfə alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu