Geori Haci yenidən "Qalatasaray"da




"Qalatasaray"ın keçmiş futbolçusu və baş məşqçisi Georgi Haci ilə yolları yenidən kəsişir. Rumın mütəxəssis İstanbul klubu uşaq futbolu sahəsində əməkdaşlıq edəcək.



Yeni layihədə Hacinin Rumıniyadakı futbol məktəbi "Qalatasaray"ın nəznində fəaliyyət göstərəcək. Türkiyədə oynamaq şansı qazanmayan "sarı-qırmızılı" futbolçular rumın əfsanənin sahibi olduğu "Viitorul" klubunda forma geyinərək təcrübə qazanacaq.

Haci həmçinin "Qalatasaray"ın transfer siyasətində də birbaşa iştirak edərək kluba öz xeyirini verməyə çalışacaq.

"Qalatasaray" rəhbərliyi Seneqal və Xorvatiyada da eyni layihəni həyata keçirmək niyyətindədi. Bu məqsədlə yerli klublarla danışıqlar başlayıb. (Fanat.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu